Tatarstan vəhabiliyə təslim olmayacaq!

Мы в СМИ
İslamazeri.az-ın Rosbalt-a istinadən verdiyi xəbərə görə, dinlərarası münasibətlər üzrə islamşünas ekspertRəis Süleymanov bildirib ki, Şimali Qafqaz vəhabiləri Tatarstan müsəlmanlarını öz ideoloji nüfuzunun təsiri altına salmaq üçün səylərini gücləndiriblər.

Süleymanov deyib: “Tatarstan “əmir”i Məhəmmədin Doku Ömərova aşkarda beyət etməsi bir daha onu göstərir ki, Tatarstan radikalları Şimali Qafqazadan idarə olunurlar. Tatarstanın vəhabi gəncliyi arasında Səid Buryatskidən sonra populyarlığa görə ikinci yerə Əbu Ömər Sastlinski çıxıb. Maraqlıdır ki, onun əsl adı İsrail Əhmədnəbiyevdir və Dağıstan hökuməti ona təbliğat aparmağa rəsmən icazə verib.”

Süleymanov öz sözlərini belə yekunlaşdırıb: “Tatarstanı vəhhabiliyə təslim etdirmək hüququmuz yoxdur. Əks halda respublikamız ikinci Dağıstana çevriləcək.”

Источник: islamazeri.az